Adel təsadüfən ikinci dəfə ərə getdiyini AÇIQLADI

Hazırda oxunan: Adel təsadüfən ikinci dəfə ərə getdiyini AÇIQLADI

155786

Dünya şöhrətli britaniyalı ulduz Adelin ikinci dəfə ərə getdiyi üzə çıxıb. 

Bizim.Media xəbər verir ki, 35 yaşlı sənətçi Las-Veqasdakı son konserti zamanı ailə qurmasını istəmədən dilə gətirib.

Belə ki, pərəstişkarlarından biri Adeldən ona ərə gəlməsini istəyib. Bu zaman o, artıq evli olduğunu və ərinin də qonaqlar sırasında yer aldığını bildirib. 
Müğənni ərinin adını çəkməsə də, onun iki ildir basketbol aqenti Riç Paul ilə münasibətdə olduğu məlumdur.  

Qeyd edək ki, 2022-ci ilin sentyabrında Adelin toyu ilə bağlı şayiələr onun evində jurnalistlərin ərinin soyadı olan kitaba diqqət yetirməsi ilə ortaya çıxmışdı. Müğənni 2017-ci ilin martında iş adamı Simon Konekki ilə ailə qurub. 2019-cu ilin əvvəlində isə cütlük rəsmi şəkildə boşanıb. 




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO