Müğənni Zenfira İbrahimova qızının təhsili ilə bağlı açıqlama yayıb.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Tarixin bir günü” verilişində övladının Türkiyədə universitetlərin birinə qəbul olunduğunu bildirsə də, lakin buna icazə vermədiyini deyib.
“Qızım Türkiyədə universitetlərin birinə qəbul oldu. Amma atası (fitnes məşqçi Anar Heybətov – red.) ora getməsinə icazə vermədi. Səbəb Türkiyədə arda-arda zələzələnin olması oldu. Biz qorxduq. İndi qızım yenidən ali məktəbə hazırlaşır. Sənədlərini bu il üçüncü qrupa verəcək”, - deyə Zenfira vurğulayıb.
Qeyd edək ki, Z.İbrahimovanın Anar Heybətovla nikahından bir qız və bir oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media