Hadisə keçmiş əri Mehmet Dinçerlerlə BARIŞIB? - FOTO

Hadisə keçmiş əri Mehmet Dinçerlerlə BARIŞIB? - FOTO

Hazırda oxunan: Hadisə keçmiş əri Mehmet Dinçerlerlə BARIŞIB? - FOTO

155213

Ötən ay Bakıda konsert verən Türkiyənin pop ulduzu  Hadisənin son paylaşımı müzakirə predmetinə çevrilib.

Bizim.Media xəbər verir ki, tətilə yollanan sənətçi sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşdüyü foto gündəm olub. 

Şəkildə qolu düşən şəxsin əynindəki göy rəngli çizgili köynəyin eynisinin Hadisənin keçmiş həyat yoldaşı iş adamı Mehmet Dinçerlerin də qarderobunda yer alması diqqətdən qaçmayıb.

Keçmiş aşiqlər bu məsələ ilə bağlı hələlik heç bir fikir bildirməyib.

Qeyd edək ki, Hadisə müsahibələrin birində Mehmetlə heç zaman bir araya gəlməyəcəyini dilə gətirmişdi. Ötən ilin aprelin 30-da nikahlarını rəsmləşdirən keçmiş cütlük 5 aydan sonra, yəni sentyabrın 30-da beş dəqiqə ərzində rəsmi şəkildə boşanıb.




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO