Rasim Balayev Heydər Əliyevin səfalət içində yaşayan aktrisaya qayğısından danışdı - VİDEO

Rasim Balayev Heydər Əliyevin səfalət içində yaşayan aktrisaya qayğısından danışdı - VİDEO

Hazırda oxunan: Rasim Balayev Heydər Əliyevin səfalət içində yaşayan aktrisaya qayğısından danışdı - VİDEO

154931

“Şöhrət, “Şərəf” və “İstiqlal” ordenli, Xalq artisti Rasim Balayev ümummilli lider Heydər Əliyevin incəsənət adamlarına olan qayğısından söz açıb. 

Bizim.Media xəbər verir ki, 75 yaşlı sənətkar bu haqda “YouTube”da yayımlanan “AStar” layihəsinə müsahibəsində danışıb. 

R.Balayev bildirib ki, illər əvvəl Heydər Əliyevə bir aktrisanın səfalət içində yaşadığı haqda məlumat verirlər. Bundan sonra Ümummilli lider həmin aktrisanı mükafatlandırıb: 

“O zamanlar zibilikdə eşələnən bir aktrisa haqda ulu öndər Heydər Əliyevə xəbər veriblər. Bundan sonra aktrisa mükafatlandırıldı, daha sonra isə ona təqaüd verildi. O bunu ona görə etdi ki, həmin aktrisa fəaliyyət göstərib, filmlərdə baş rola çəkilib. İndi yaşlaşıb, acından ölməməlidir. Allah Heydər Əliyevə rəhmət eləsin, bu məsələləri fikirləşib, indi də belə köməkliklər davam edir və bir çox insanın ehtiyacı ödənir”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO