Rasim Balayev: “Əgər aparıcının cinsi azlığın nümayəndəsi olduğunu bilsəydim...” - VİDEO

Rasim Balayev: “Əgər aparıcının cinsi azlığın nümayəndəsi olduğunu bilsəydim...” - VİDEO

Hazırda oxunan: Rasim Balayev: “Əgər aparıcının cinsi azlığın nümayəndəsi olduğunu bilsəydim...” - VİDEO

154824

Xalq artisti, “Şöhrət” ordenli aktyor Rasim Balayev “YouTube”da yayımlanan “Düz danışaq” layihəsinə verdiyi qalmaqallı müsahibəsindən söz açıb. 

Bizim.Media xəbər verir ki, “YouTube”da yayımlanan “AStar” layihəsinin qonağı olan sənətkar bildirib ki, əvvəlcədən aparıcının cinsi azlığın nümayəndəsi olduğunu bilsəydi, ona müsahibə verməzdi. 

“Amerikadan mənə zəng gəldi. Dedi ki, Vaşinqtondayam və sizdən müsahibə almaq istəyirəm. Razılıq verdim. Birinci dəfədir ki, özünə bu sözü (cinsi azlıq – red.) deyən adam görürəm. Həmişə insanlar belə şəxslərin arxasınca deyirlər. Bu isə özü dedi mənə ki, mən cinsi azlığın nümayəndəsiyəm.

Onun bu sözündən məəttəl qaldım. Alnında yazılmayıb ki, bu “ondandır”. Mən də qaldım belə... Əvvəlcədən onun belə bilsəydim, müsahibə verməzdim. Saqqalı, bığı... Dedim bu adama oxşayır da... Sən demə, bu normal adam deyilmiş... Özü dedi, başqası yox”, - deyə R.Balayev fikirlərini dilə gətirib.
Qeyd edək ki, “YouTube”da yayımlanan “Düz danışaq” layihəsinin aparıcısı İsmayıl Cəlilov Rasim Balayevlə müsahibə zamanı cinsi azlığın nümayəndəsi olduğunu deyərək, aktyordan bu şəxslərə qarşı münasibətini öyrənib.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO