Nadir Qafarzadə: “Kasıbların uşaqlığı olmur, mənim kimi...” - FOTO 

Nadir Qafarzadə: “Kasıbların uşaqlığı olmur, mənim kimi...” - FOTO 

Hazırda oxunan: Nadir Qafarzadə: “Kasıbların uşaqlığı olmur, mənim kimi...” - FOTO 

154800

Müğənni Nadir Qafarzadə son paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.  

Bizim.Media xəbər verir ki, uşaqlıq illərində çəkilən fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən sənətçi özünü 52 yaşda görmədiyini yazıb.  

“Hərdən elə gəlir ki, indi də uşağam. Heç özümü 52 yaşında hiss etmirəm. Bir də deyim ki, kasıbların heç uşaqlığı da olmur, mənim kimi…”, – deyə N. Qafarzadə vurğulayıb.  

Qeyd edək ki, Sevinc adlı xanımla evli olan Nadir Qafarzadənin bu nikahdan Loğman və Əziz adlı övladları var. Kiçik oğlu Əziz subay olsa da, müğənnin böyük oğlu Loğman ötən il dekabrın sonlarında Əntiqə adlı xanımla ailə qurub.  


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO