Suada və Kristofer cütlüyünün romantik Malibu KEYFİ - FOTO/VİDEO

Suada və Kristofer cütlüyünün romantik Malibu KEYFİ - FOTO/VİDEO

Hazırda oxunan: Suada və Kristofer cütlüyünün romantik Malibu KEYFİ - FOTO/VİDEO

154786

Dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın gəlini, pianoçu Suada Hacızadə həyat yoldaşı idmançı və aktyor Kristoferlə birlikdə Los Anceles dairəsinin qərbində yerləşən Malibu şəhərinə yollanıb. 

Bizim.Media xəbər verir ki, isti iqlimi, qumlu çimərlikləri və çoxsaylı Hollivud ulduzlarına ev sahibliyi edən şəhərdə məşhur cütlük əyləncə dolu anlar keçiriblər. 

Minlərlə turistin axın etdiyi Malibuda gün batmasını izləyən aşiqlər yaşadıqları romantik dolu zamanlarını telefonun yaddaşına həkk edərək, sosial şəbəkə hesablarında izləyiciləri ilə bölüşüblər.   

Suada paylaşımına “Çiskinli yağış və qara buludların arxasında gizlənməyə çalışan günəş altında Malibu çimərliyi... Burada “atəş” kimi gün batımını seyr etmək və dəniz məhsullarının dadına baxmaq...” şərhini yazıb. 

Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub.

Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.    
 










Rəşad Əliyev, Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO