"Real" televiziyasının rəhbəri, Əməkdar jurnalist Mirşahin Ağayev açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, M.Ağayev qonaq olduğu "Gün işığı" səhər verilişində bayağı adlandırılan və zövqləri korlayan musiqilərdən söz açıb.
Televiziya rəhbəri bildirib ki, aşağı keyfiyyətli adlandırılan musiqiləri dinləyən şəhidlərimiz var:
"İnsanların zövq emalatxanası olmalıdır. Burada isə insanlar zövqlərini tutuşdurmalıdırlar, hansı musiqilərə qulaq asmaq lazımdır. Mən pis, aşağı əyarlı musiqi tanımıram.
Bizim aşağı əyarlı hesab etdiyimiz musiqi parçalarına qulaq asan şəhid olan insanlar tanıyıram. Tankçı tanıyıram ki, telefonunda Üzeyir Mehdizadəyə qulaq asır. Amma bu heç bir halda onu aşağılamamalıdır.
Bir valideyn ailəsindəki övlada xəstədir, şikəstdir, arıq və ya kökdür, savadlı və ya savadsızdır deyə yanaşmamalıdır. Necə ki, valideyn övladına yanaşır, siz də bütün musiqi janr və parçalarına qucaq açmalısız".
- A-
- A
- A+
Şoutaym
20:09 / 11.09.2023
Mirşahin Ağayev: "Üzeyirin ifasını dinləyərək, şəhid olan insanlar tanıyıram" - VİDEO
Hazırda oxunan: Mirşahin Ağayev: "Üzeyirin ifasını dinləyərək, şəhid olan insanlar tanıyıram" - VİDEO
Hazırda oxunan: Mirşahin Ağayev: "Üzeyirin ifasını dinləyərək, şəhid olan insanlar tanıyıram" - VİDEO
154702
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.