Kübra Əliyevanın həbsxanada ölən oğlunun övladı efirə çıxıb hamını KÖVRƏLTDİ - VİDEO

Kübra Əliyevanın həbsxanada ölən oğlunun övladı efirə çıxıb hamını KÖVRƏLTDİ - VİDEO

Hazırda oxunan: Kübra Əliyevanın həbsxanada ölən oğlunun övladı efirə çıxıb hamını KÖVRƏLTDİ - VİDEO

154568

Əməkdar artist Kübra Əliyevanın bir neçə il əvvəl həbsxanada dünyasını dəyişən oğlu Raufun övladı Ağaəli canlı efirə çıxıb.  

Bizim.Media xəbər verir ki, “Yaxşıya doğru” ictimai-sosial verilişin aparıcısı İlham Mirzəyev mərhumun oğlu ilə söhbəti zamanı göz yaşlarına boğulub. 

İlham “Ata sənin üçün nədir?” ünvanladığı suala Əməkdar artistin nəvəsinin cavabı hamını kövrəldib: 

“Ata hər şeydir. O sənin arxanda dayağındır. Bir dərdin olanda gedib onunla dərdləşə biləcəyin bir insandır. Atasız böyüyən övlad dayaqsız olur. Həyatı tez öyrənir, tez böyüyür”. 

Bu kəlmələrdən göz yaşlarını saxlaya bilməyən və sözügedən proqramda ekspert qismində iştirak edən aktrisa nəvəsinə yaxınlaşaraq onu qucaqlayıb və bu sözləri dilə gətirib: 

“Mən bəzi qız və gəlinlərə demək istəyirəm ki, əgər gənclik illərində səhflərim olsa da, həyat mənə böyük dərs verib. Əziz gəlinlər və qızlar, elə etməyin ki, övladlarınız atalarına nifrət etsinlər. İnanın, bəzi gəlinlər ərlərindən ayrılıb, uşaqlarını elə böyüdürlər ki,... Deyirlər ki, ata düşməndir. Eləməyin onu!  O ata sizə qarşı düşmən ola bilər. Amma övlad elə deyil. Mənim sözümdə bir həqiqət var”. 

K.Əliyeva bildirib ki, Türkiyənin Bodrum şəhərində təhsil alan nəvəsini yaxın günlərdə hərbi xidmətə yola salacaq:  

“Ağaəli Bodrumda sənət məktəbini oxudu. Diplomunu aldı. Oxuduğu sənətə yiyələndi. Bakıya gəldikdən sonra hərbi komisarlıqdan zəng vurub söylədilər ki, Ağaəli Məmmədov sentyabrın 15-i komissarlığa yaxınlaşsın. O söylədi ki, gedib Vətənə qulluq edəcəyəm”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO