Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənov növbəti addımı ilə gündəmə səs salıb.
Bizim.Media xəbər verir ki, biznes məktəbinin yaradıcısı Ayaz Şabutdinovla keçirdiyi “battle”da Hüseyn bığ və saqqalını qırxmaq məcburiyyətində qalıb.
İki ildən çoxdur ki, bığ və saqqalına sığal çəkdiyini bildirən Həsənov üzünü dostunun köməyi ilə evində qırxıb.
Bloqer həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək, bu sözləri dilə gətib:
“Qızlar ümid edirəm ki, bığ və saqqalımı qırxdıqdan sonra da mənə yazacaqsınız”.
Sonrakı halını isə öz səhifəsində yayımlamaqdan çəkinib. Hüseyn Həsənovun bığ və saqqalsız vəziyyətdə çəkdirdiyi “selfi”sini isə Ayaz Şabutdinov “Instagram” hesabında izləyiciləri ilə paylaşıb.
Rəşad Əliyev, Bizim.Media