Aynişan səhhətində yaranan ciddi problemlərdən DANIŞDI – VİDEO  

Aynişan səhhətində yaranan ciddi problemlərdən DANIŞDI – VİDEO  

Hazırda oxunan: Aynişan səhhətində yaranan ciddi problemlərdən DANIŞDI – VİDEO  

154214

Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan Quliyevanın səhhətində ciddi problemlər yaranıb.  

Bizim.Media xəbər verir ki, uzun müddətdir boyun ağrılarından şikayətlənən məşhur bununla bağlı sosial şəbəkə hesabında videoaçıqlama yayımlayıb.   

Aynişan bildirib ki, Maqnit Rezonans Tomoqrafiyadan (MRT) keçdikdən sonra həkimlər onda skaleoz və protruziya kimi xəstəliklər aşkarlayıblar:  

“İyul ayında yuxudan oyanıb gördüm ki, hərəkət edə bilmirəm. Ağrılardan ağlayırdım. Bu ağrılar isə iki ay davam etdi. Çox insanlar mənə söylədilər ki, bu ağrılar kondisionerin altında qalmaqdan olub. Yəni sənə soyuq dəyib.  Düzdür müxtəlif yollarla ağrılarımı azaltsalar da, amma tamami ilə bu ağrılar keçmirdi. Düşündüm ki, yəgin ki, bunun hansısa səbəbləri var. Bu səbəbin nə olduğunu isə bilmirdim. Bir müddət sonra qollarım donmağa və tutulmağa başladı. MRT-yə getdim və nəticədə aşkarlandı ki, boyun nahiyyəmdə iki protruziya və disk arası yırtıq var.  

O yırtığın isə böyük bir ölçüdə olduğu aşkarlandı. Məhz bu səbəbdən hərəkətsiz qalmışdım. Amma yaxşı ki, zamanında MRT-dən keçdim.  
Müalicələrə başlamışam və artıq ikinci həftədir ki, mənə iynələr vurulur. Bu həftədən etibarən isə fizioterapiyaya başlamışam. Hər gün xəstəxanaya gedib, müalicə alıram. Məndə skaleoz xəstəliyi də aşkarlanıb. Skaleoz üçün isə xüsusi idman hərəkətləri edirəm”.
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO