Azad Şabanov “İmagine Dragons”la Röyanın konsertini tənqid edənləri  “yıxıb-sürüdü” - VİDEO

Azad Şabanov “İmagine Dragons”la Röyanın konsertini tənqid edənləri  “yıxıb-sürüdü” - VİDEO

Hazırda oxunan: Azad Şabanov “İmagine Dragons”la Röyanın konsertini tənqid edənləri  “yıxıb-sürüdü” - VİDEO

154029

“Instagram”da xəbər portallarına daxil olursan və şərhləri oxuyursan. Qadınlar öz qəzəbini yazanda başa düşürəm, çünki o qadındır. Amma kişilər ağzına gələni yazanda ümümiyyətlə anlamıram. Əfsuslar olsun ki, belə bir hadisələr baş verir. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Azad Şabanov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşdüyü videomüraciətdə deyib. 

Sənətçi ötən həftə Olimpiya stadionunda canlı konsert proqramı ilə çıxış edən dünyaca məşhur rok-pop qrupu “İmagine Dragons”dan söz açıb. Şabanov qrup haqda sosial mediada yazılan tənqidlərə sərt reaksiya verib: 

“Başlayım “İmagine Dragons”dan. Onlarin konsertində biri telefonda oyun oynayır, biri müsahibəsində deyir ki, mən olan yerdə bu müğənni oğlan soyunub belə bir hərəkət edə bilməz. Bu cür şərhlər və buna bənzər fikirlər həddən artıq çoxdur. Hətta yazırlar ki, bu nə cür konsert idi. Arzum budur ki, böyüyəsiz”. 

Azad daha sonra sosial şəbəkədə müzakirə predmetinə çevrilən Xalq artisti Röya Ayxanın Konqres Mərkəzdə verdiyi konsertinə də fikir bildirib: 

“Keçək Röyanın konsertinə. Birincisi, siz o konsertdə olmamısınız. O konserti siz sosial mediada paylaşılan qısa-qısa video parçalar şəklində izləmisiniz və xəbəriniz də yoxdur ki, orada nə olub.

Ən vacib məsələ isə belə bir şou bizim müğənnilər arasında hələ indiyə kimi Azərbaycanda olmayıb. Arzum odur ki, bizim müğənnilər belə bir kosertlərlə öz aralarında rəqəbət aparsınlar. Röya sənə böyük əhsən!”.

İzləyicilərin sosial şəbəkədə Röyanın konsertində göstərdiyi şounu dırnaq arası sayıb, ələ salanlara isə Şabanov “od püskürüb”: 

“Sonra Röyanın konserti ilə bağlı yazırlar ki, bu şou nəyə lazım idi. Şou lazım deyildi, Röya çıxıb sadəcə gərək mahnılarını oxuyardı. Bu fikir ola bilər. Mən heç nə demirəm. Amma mən indi yazılan neqativ şərhlərdən, lazımsız kəlmələrdən danışıram. Konsertdə müğənni şou göstərməyəndə deyirsiniz ki, sadəcə oxudu...

Şou edəndə də deyirsiniz ki, nəyə lazımdır. Konsert bitəndə Röya çox gözəl bir söz dedi. O söylədi ki, arzum sevə-sevə nəyin ki, konsertimə gələsiniz və hətta teatrlara da sevə-sevə gedəsiniz.
Bu sözdə böyük bir həqiqət var. Mən də istərdim ki, siz ruhən, qəlbən gözəllik yaradasınız. Gözəl və xoşbəxt olasınız və bu acilizlikdən uzaq olasınız. Bu isə ən əsasıdır”.

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO