Nazilə Səfərli: “Nə edirəm, o Yazıçılar Birliyini ki, çörək vermir, balamı doydurmur”

Nazilə Səfərli: “Nə edirəm, o Yazıçılar Birliyini ki, çörək vermir, balamı doydurmur”

Hazırda oxunan: Nazilə Səfərli: “Nə edirəm, o Yazıçılar Birliyini ki, çörək vermir, balamı doydurmur”

153698

“Əgər mən Azərbaycan Yazıçılar Birliyinin Üzvü (AYB) olmaq istəsəydim, 15 il əvvəl olardım. Hansısa quruma aid olmağı istəmirəm. İclaslarda oturmağı zaman itkisi sayıram”.

Bizim.Media xəbər verir ki, bu sözləri şairə və qiraətçi Nazilə Səfərli qonaq olduğu “YouTube”da yayımlanan “Mirinin dibçəyi” layihəsində deyib. 

Sənətçi Azərbaycan Yazıçılar Birliyini və qurumun fəaliyyətini kinayəli sözlərlə sərt şəkildə tənqid edib: 

“AYB-yə gedəndə, o binaya daxil olanda dünyanın tozu üzərimə oturur. Səmimi deyirəm, elə bil ki, bütün hörümçəklər üzərimə gəlib tor tutur. Orada hər şey çox köhnədir. Ürəkaçan heçnə yoxdur. Sevmirəm o binanı.

Orada sürət, temp, dinamika yoxdur. Mən çılğın insanam, nə işim var, ora gedib, kresloda oturub mürgüləyim. 70 yaşdan sonra ad verərlər, gedib orada oturarlar.

Hərəkətdə olan insanın bir quruma tabe olması mənlik deyil. AYB çörək vermir, balamı doydurmur, yazdığım şeiri yaymır, yaysa belə lazım olan təbəqəyə çatdırmır. Nə edirəm, o birliyi?
“Instagram” səhifəm bir çox verilişlərin reytinqindən yüksəkdir”. 

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO