Azərbaycanı 2010-cu ildə "Drip-drop" mahnısı ilə "Avroviziya" bəynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Safura Əlizadə qızı Ayşə ilə bağlı diqqət çəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi həyat yoldaşı iş adamı Fərhad Əliyevlə birgə qızlarını yaşadıqları İstanbul şəhərində birinci sinifə yola salıblar.
Birinci sinifə qədəm qoyan şagirdlər üçün orta təhsil ocağında təşkil olunan tədbirdə qızları Ayşə ilə yanaşı cütlüyün böyük oğlu İsgəndər də iştirak edib. Safura həyat yoldaşı və uşaqları ilə birgə çəkdirdiyi fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Müğənni paylaşımına "Ayşə birinci sinifə başladı" qısa şərhini yazıb.
Qeyd edək ki, Safura və Fərhad cütlüyünün Ayşə ilə yanaşı, İsgəndər və Natiq adlı iki oğlan övladı da var. Müğənninin əri mərhum və sabiq Sənaye və Energetika naziri Natiq Əliyevin oğludur.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
23:14 / 04.09.2023
Safura əri ilə birgə qızlarını birinci sinifə yola saldı - FOTO
Hazırda oxunan: Safura əri ilə birgə qızlarını birinci sinifə yola saldı - FOTO
Hazırda oxunan: Safura əri ilə birgə qızlarını birinci sinifə yola saldı - FOTO
153663
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.