Aktrisa Zarina Qurbanova Türkiyəyə tətilə yollanıb.
Bizim.Media xəbər verir ki, sənətçi gün doğan və batan zamanı video etmək üçün dənizə baş vurub.
Amma Zarinanın bu istəyi ürəyində qalıb. Belə ki, axşam saatlarında dənizin həddən artıq dalğalı və köpüklü olması aktrisanın sözügedən görüntünü çəkməsinə mane olub. Qurbanovanın dəniz macərası telefonunun suya düşməsi ilə nəticələnib.
Həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Zarina bu sözləri yazıb:
“İki gündür günəşin doğuşunda və batışında duyğusal video çəkməyə çalışıram. Dalğaları söyürdüm. Sonra dalğalardan qaçmağa çalışdım. Arxadan gələn o dalğa sayəsində telefonum suya düşdü. Elə təzəcə poz vermişdim ki, yenə dalğa ilə öpüşdüm”.
Rəşad Əliyev, Bizim.Media