"Depressiyadayam, danışmağa halım yoxdur. Neyləyək, qismətim belə imiş... Həyatımda olan hadisələri paylaşmağa çox qorxurdum, amma mən çox səhv düşünmüşəm, məni kimsə qınamadı, hər kəs dəstək oldu. Yüngül əməliyyat keçirəcəm, bu, ağır əməliyyata hazırlıq olacaq".
Bizim.Media xəbər verir ki, bu sözləri bədəninin çürüdüyünü deyən model və bloqer Leyla Mirzəliyeva sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlı model bədəninin plastik əməliyyatlardan çürüdüyünü AÇIQLADI – VİDEO
Leyla ard-arda keçirdiyi plastik və estetik əməliyyatlar səbəbindən səhhətində ciddi problemlər yarandığını bildirib.
Qeyd edək ki, bir müddət əvvəl özünü çox pis hiss etdiyi söyləyən L.Mirzəliyeva bədən nahiyyəsinin fotolarını paylaşaraq "Ağrılarım var, artıq dözə bilmirəm. Dolğulardan bədənim çürüyür. Heç bir həkim də kömək edə bilmir. Əməliyyat olunmalıyam. Sağ qalma şansım yüzdə ondur. Xahiş edirəm, dua edin, kimin haqqına girmişəmsə, haqqınızı halal edin" sözlərini yazmışdı.
Rəşad Əliyev, Bizim.Media