Opera və vokal ifaçısı Lətifə Soyuöz Maldiv adalarından sonra növbəti dəfə tətilə yollanıb.
Bizim.Media xəbər verir ki, sənətçi oğlu Ariflə birgə Monteneqroya istirahətə gedib.
Səfərdən əvvəl Lətifə Heydər Əliyev Beynəlxalq Hava Limanında “VİP Lounge”dakı çay süfrəsi zamanı çəkilən görüntülərini sosial şəbəkə hesabında paylaşıb.
Daha sonra isə onlar təyyarəyə əyləşərək “biznes” sinifi ilə Monteneqroya uçublar. Orada lüks villa kirayə götürən Soyuöz isti günlərin dadını çıxarmaq üçün dənizə baş vurub. Həmin görüntüləri sizə təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media