Türkiyəli müğənni Sərdar Ortaç dillərdə əzbər “Bayatı şiraz” əsərinin “remix” edilərək Azərbaycanda gecə klublarında səsləndirilməsinə qarşı çıxıb.
Bizim.Media xəbər verir ki, sənətçi məsələ ilə bağlı sosial şəbəkə hesabında videomüraciət yayımlayıb:
““Vətənimdir” deyə bir mahnı var. Azərbaycan şəhidlərinə ithaf olunub. Vətənimdir, vətənimdir, vətənim. Onu gecə klublarında çalmağa başlayıblar. Buna kədərlənirəm. Remiks, filan ediblər. O, şəhidlər üçün yazılan sözlərdir. Bir uşaq (red. gənc xanəndə Kənan Bayramlı) səsləndirmişdi, adını xatırlamıram, “Bayatı Şiraz” deyilir. O mahnı gecə klublarında səsləndirilməməlidir”.
Rəşad Əliyev, Bizim.Media