“Miss Azerbaijan – 2019”, model Səmra Hüseynova bir zamanlar rəfiqə, indi isə düşmən münasibətdə olduğu aktrisa Pərvin Abıyevaya sərt mesaj yollayıb.
Bizim.Media xəbər verir ki, model sosial şəbəkə hesabında aktrisaya videomüraciət ünvanlayıb.
Abıyevaya doğum günündə bahalı zinət əşyası bağışladığını açıqlayan Hüseynova ondan eyni addımı atmasını və 1000 dollar yollamağını tələb edib:
“Pərvin Abıyeva “TikTok”da açdığım canlı yayımlarıma girir-çıxır. Əli boş girir-çıxır. Ad günümdə məni quru təbrik etdin. Nə edirəm o quru təbriki? Sənin kasıb dediyin Səmra Hüseynova doğum günündə sənə qızıl bilərzik almışdı. Hanı bəs sənin mənə hədiyyən? Gətir mənə 1000 dollar ver, gedib məndə özümə hədiyyə alım. Ver! Gedim özümə “Tiffani”dən zinət əşyası alım. Sənə qızıl bilərzik almışam, səndə mənə “Tiffani” al. Əli boş nəyə gəlirsən? Neynirən ac qarnına təbriki? Kasıb-kasıb deyirsiz amma kasıba əl uzatmırsınız”.
Qeyd edək ki, bir müddət əvvəl Pərvin Abıyeva “TikTok”da açdığı canlı yayımda Səmra Hüseynovanın əlindən təngə gəldiyini və onu polisə verəcəyini, hətta dəlixanaya belə saldıracağını bildirmişdi.
Rəşad Əliyev, Bizim.Media