Bakı konsertindən 320 min manat qonorar alan Hadisəyə Nazilədən DƏSTƏK: “Zəmanə əylənməlidir” – FOTO 

Bakı konsertindən 320 min manat qonorar alan Hadisəyə Nazilədən DƏSTƏK: “Zəmanə əylənməlidir” – FOTO 

Hazırda oxunan: Bakı konsertindən 320 min manat qonorar alan Hadisəyə Nazilədən DƏSTƏK: “Zəmanə əylənməlidir” – FOTO 

152760

Xəbər verdiyimiz kimi, Türkiyənin pop ulduzu Hadisə ötən bazar Bakıda dənizkənarı məkanların birində canlı solo konsert proqramı ilə çıxış edib. Sosial mediada müğənninin bu konsertindən 320 min manat qonorar aldığı ilə bağlı məlumatlar yayılıb. İzləyicilər Hadisənin külli miqdarda qazanc əldə ediyini, lakin maddi durumu aşağa olan insanlara yardım etmədiyini bildirərək tənqid ediblər. 

Bizim.Media xəbər verir ki, sözügedən məsələyə şairə və qiraətçi Nazilə Səfərli sosial şəbəkə hesabında özünəməxsus şəkildə şərh bildirib. 

“Əvvəla, Hadisə konserti insanlara verib. İnsanlar da bizimkilərdir. Hadisəyə irad tutana qədər bizimkilərə sual verən olub, ay insanlar, o biletin pulunu bir kasıba niyə vermədiniz? Niyə versin? Kasıb onu kədərləndirir, Hadisə isə əyləndirir. Kasıb da bir zəhmət Allahdan mədət umsun, hadisələrdən yox! Zəmanə əylənməlidir”, - deyə Nazilə vurğulayıb. 
Qeyd edək ki, Hadisənin sözügedən konsertində qız pərəstişkarlarından biri ona bahalı, ürək formasında olan qızıl üzük bağışlayıb. Müğənni isə həmin üzüyü səhnədə barmağına taxaraq hədiyyəyə görə fanatına təşəkkürünü bildirib. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO