Bakı konsertində Hadisəyə üzük BAĞIŞLANDI - FOTO/VİDEO 

Bakı konsertində Hadisəyə üzük BAĞIŞLANDI - FOTO/VİDEO 

Hazırda oxunan: Bakı konsertində Hadisəyə üzük BAĞIŞLANDI - FOTO/VİDEO 

152487

Türkiyənin məşhur pop ulduzu Hadisənin Bakıda dənizkənarı məkanların birində canlı solo konserti baş tutub. 

Bizim.Media xəbər verir ki, sənətçi yüksək enerjisi, çılğın rəqsləri və səhnə perfomansı ilə onu seyr etməyə gələn tamaşaçılara unudulmaz anlar yaşadıb.  

Musiqi ziyafətində repertuarında yer alan hit və sevilən mahnılarını səsləndirən Hadisəyə gözlənilməz sürpriz olunub. Belə ki, pop ulduzun qız pərəstişkarlarından biri ona bahalı zinət əşyası - üzük hədiyyə edib.  

Həmin hədiyyəni sevə-sevə qəbul edən müğənni səhnədə barmağına taxaraq bu sözləri dilə gətirib:

"Çox gözəl ürək formasında bir üzük hədiyyə aldım. Sizdən alqış istəyirəm. Çox təşəkkür edirəm. Çünki real "Team Hadise" (Hadisə fanat komandası) var. Hər zaman yanımdasınız. Çox sağolun".  
 





Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO