Xəbər verdiyimiz kimi, avqustun 26-da Laçın Şəhəri Günü ilə bağlı Laçında bayram tədbirləri təşkil edilib.
Bizim.Media xəbər verir ki, ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədovanın gənc muğam ifaçıları ilə birlikdə səsləndirdiyi "Anadır arzulara hər zaman Qarabağ" mahnısını dinləyiblər.
G.Məmmədova ifası zamanı Birinci xanımla səmimi şəkildə görüşüb. Həmin anları isə Gülyanaq sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media