Aktrisa Zarina: “Atam heç zaman məni sevməyib” – VİDEO 

Aktrisa Zarina: “Atam heç zaman məni sevməyib” – VİDEO 

Hazırda oxunan: Aktrisa Zarina: “Atam heç zaman məni sevməyib” – VİDEO 

152263

“Uşaqlıqdan atama qəlbən, ruhən küsmüş biriyəm. Amma uğurumu bütünlüklə atama borcluyam. Çünki öz ayağımın üstündə dayanma səbəbim, sadəcə atamın məni bircə dəfə qucaqlayıb “Səni çox istəyirəm, qızım. Yaxşı ki, sən mənim qızımsan” deməyi olub. O heç zaman mənə nəvaziş göstərməyib. Heç vaxt! Bunu isə təəssüf hissi ilə deyirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Komedixana” yumoristik verilişin məşhur üzvü, aktrisa Zarina Qurbanova qonaq olduğu “Qapqara” proqramına müsahibəsində deyib. 

Atasından sevgi və nəvaziş görmədiyini dilə gətirən aktrisa buna rəğmən səhnədəki bütün uğurlarını ona borclu olduğunu bildirib: 

“Atam olub, həm də olmayıb. Atalıq nədir, yalnız anamda görmüşəm. Amma son iki ildir ki, atamı bağışlamışam. Olanlara ona haqq verməyə başlamışam ki, o niyə məni heç zaman sevməyib. Heç sevməyib, dəstək olmayıb. Heç zaman arxamda olmayıb. Ondan sanki o sevgini “dilənmişəm”. Aktrisa kimi qazandığım bu uğurları onun üçün etmişəm ki, o, bir dəfə gəlib desin ki... Əslində, bir dəfə söylədi ki, “Oturmuşduq, hamı səndən danışırdı. Sən demə, sən məşhur aktrisa imişsən”. Amma o sözləri sevgi ilə demədi. Görmədim... Gözünə girmək istədim, amma girə bilmədim. Alınmadı...” 

Z.Qurbanova bildirib ki, atası kiçik yaşlarından anası tərəfindən uşaq evinə atıldığı üçün onda qadınlara qarşı travma yaranıb: 

“İllər idi ki, onunla barışa bilmirdim. Amma ona haqq vermişəm. Hazırda o bizlə bir yerdə deyil. Bu yaxın zamanlarda onu anladım. Oturub düşündüm ki, atamın da uşaqlıq travmaları var. Nədir axı bu? Qadınlara qarşı sevgisizlik... Atam kiçik yaşlarında uşaq evində böyüyüb.
Sonradan o böyüyəndə anası onu oradan götürüb. Bəlkə də elə budur əsl səbəb... Yəni artıq gec olub. Atamın anasının adı Zinyət olub. Və mən bu adı heç sevməmişəm. Özümə yeni pozitiv, mənə xoşbəxtlik və sevinc gətirən adı seçmişəm Zərinə. Sadəcə aktrisa olandan sonra oldum Zarina”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO