Şarliz Teron: “Üzümdə uğursuz əməliyyat olmayıb, sadəcə qocalmışam” - FOTO

Şarliz Teron: “Üzümdə uğursuz əməliyyat olmayıb, sadəcə qocalmışam” - FOTO

Hazırda oxunan: Şarliz Teron: “Üzümdə uğursuz əməliyyat olmayıb, sadəcə qocalmışam” - FOTO

151721

Dünyaca məşhur Hollivud aktrisası Şarliz Teron uğursuz plastik əməliyyat etdirməsi ilə bağlı şayiələrə ilk dəfə münasibət bildirib. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, sənətçi heç bir plastik əməliyyat keçirmədiyini sadəcə zamanla yaşlandığını bildirib. 

“İnsanlar elə bilirlər ki, üzümü “dartdırmışam”. Soruşurlar ki, o, özünə nə edib? İt qızı, mən qocalıram! Bu o demək deyil ki, uğursuz plastik əməliyyat keçirmişəm. Üzüm dəyişir və onun dəyişməsini, qocalmasını çox sevirəm”, - deyə Teron vurğulayıb.  
O, ictimaiyyətin təzyiqlərinə rəğmən təbii görünüşünü qəbul etdiyini və “kişilər gözəl şərab kimi qocalır, qadınlar isə yığılmış çiçəkləri sevir” kimi ifadələrdə ortaya çıxan ikili standartlara nifrət etdiyini bildirib. 

“Mən bu konsepsiyaya xor baxıram və onunla mübarizə aparmaq istəyirəm. Amma eyni zamanda məncə hər bir qadın özünə uyğun gələn şəkildə yaşlanmaq istəyir. Düşünürəm ki, hamımız bir az daha empatiya göstərməliyik”, - deyə aktrisa qeyd edib. 




Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO