Bir il evlilikdən sonra Britni Spirsdən boşanmaq üçün məhkəməyə müraciət edən Sem Asgerinin başı dərddədir.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, fitness məşqçi cinsi təcavüzdə günahlandırılıb.
Bunu əvvəllər Asgarinin məşqçi kimi çalışdığı “Royal Personal Training” idman zalında məşq edən qız edib.
Adı Eşli Franke olan qadının sözlərinə görə, Britni Spirsin ev işçilərindən biri ilə ərini aldatdığı iddiası və Asgarinin bunu təsdiqləyən videosu olduğu xəbərini görəndə səssiz qala bilməyib.
Eşli Spirs ilə münasibətlərinin lap əvvəlindən Asgarinin əsas məqsədinin məşhur olmaq olur.
Qadın bildirib ki, özü də daxil olmaqla sözügedən idman zalının müştərilərini Sem daim təqib edib. O, Eşliyə açıq-saçıq fotolar göndərib, duşda cinsi əlaqədə olmağı təklif edib. Nəticədə Eşli idman zalını dəyişmək məcburiyyətində qalıb.
Qadın həmçinin “RPT”də məşq edən digər qızları dürüst olmağa, həmin hadisə ilə qarşılaşdıqlarını açıq şəkildə etitaf etməyə və bölüşməyə çağırıb.
Qeyd edək ki, Britni Spirs ərini nəinki aldadıb, hətta onu döyüb. Bu hadisələr isə Asgarini boşanmaq üçün məhkəməyə müraciət etməyə sövq edib. Ötən gün isə Britni boşanma xəbərini şəxsən şərh edərək, “artıq ağrıya dözə bilmirəm” sözlərini sosial şəbəkə hesabında yazıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:08 / 21.08.2023
Britni Spirsdən boşanan Sem Asgari cinsi təcavüzdə günahlandırılır - FOTO
Hazırda oxunan: Britni Spirsdən boşanan Sem Asgari cinsi təcavüzdə günahlandırılır - FOTO
Hazırda oxunan: Britni Spirsdən boşanan Sem Asgari cinsi təcavüzdə günahlandırılır - FOTO
151717
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.