Yusif Eyvazov Argentinada konsert verdi - FOTO/VİDEO

Yusif Eyvazov Argentinada konsert verdi - FOTO/VİDEO

Hazırda oxunan: Yusif Eyvazov Argentinada konsert verdi - FOTO/VİDEO

150870

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov həyat yoldaşı Rusiyanın Xalq artisti Anna Netrebko ilə Cənubi Amerikaya yollanıb. 

Bizim.Media xəbər verir ki, sənətçilər səfər çərçivəsində Arqentinanın paytaxtı Buenos-Ayres şəhərində konsert proqramı ilə çıxış ediblər.  

Y.Eyvazov sözügedən tədbirin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğunu bildirib: 

“Hər bir sənətçinin ən vacib vəzifəsi öz Vətəninin gözəl musiqisini dünyaya tanıtdırmaq, dünyanın ən uzaq və bizi az taniyan yerlərdə səsləndirməkdir. Bu gecə Argentinanın Buenos-Ayres şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsertimiz oldu. İstedadlı azərbayçanlı həmkarlarımla birlikdə çıxış etdik. Allah ölkəmizi, millətimizi saxlasın və Azərbaycanımızın səsi dünyada, ən möhtəşəm zirvələrdə səslənsin. Azərbaycanın Argentinada olan səfirliyimizə dərin minnətdarlığımızı bildiririk”. 

Xalq artisti musiqili gecədən çəkilən fotoları sosial şəbəkə hesabında paylaşıb. 
 











Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO