Avqustun 21-də "Sea Breeze" ailəvi-istirahət mərkəzində yerləşən "Ulduzlar xiyabanı"nda əfsanəvi müğənni, SSRİ xalq artisti, milyonların sevimlisi Müslüm Maqomayevin imzasının təməli qoyulacaq.
Bizim.Media xəbər verir ki, təntənəli mərasimdə mərhum sənətkarın həyat yoldaşı sovet və rus operasının ulduzu Tamara Sinyavskaya və Xalq artisti Emin Ağalarov iştirak edəcək.
“Xiyabanımızda Müslüm Maqomayevin ulduzu mənim üçün ən ehtiramlı hadisələrdən biridir. Bu layihəni, əlbəttə ki, əfsanəvi Müslüm Maqomayevin ulduz imzası olmadan təsəvvür etmək mümkün deyildi. Mərasimdə Müslümün heyrətamiz həyat yoldaşı Tamara İlyiniçna Sinyavskaya şəxsən iştirak edəcək”, - deyə Emin vurğulayıb.
Qeyd edək ki, ötən həftələrdə Britanıyanın məşhur ulduzu Engelbert Humperdink və Gürcüstanın əfsanəvi müğənnisi Nani Bregvadzenin ulduz imzası "Ulduzlar xiyabanı"na həkk olunub. "Sea Breeze Ulduzlar Xiyabanı" Azərbaycanda və bütün dünyada görkəmli müğənnilərə, musiqiçilərə, aktyorlara və rəssamlara həsr olunmuş əlamətdar məkandır.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
21:56 / 10.08.2023
Müslüm Maqomayevin imzası Bakıda "Ulduzlar xiyabanı"nda həkk olunacaq - FOTO
Hazırda oxunan: Müslüm Maqomayevin imzası Bakıda "Ulduzlar xiyabanı"nda həkk olunacaq - FOTO
Hazırda oxunan: Müslüm Maqomayevin imzası Bakıda "Ulduzlar xiyabanı"nda həkk olunacaq - FOTO
150332
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.