Türkiyəli müğənni ağır qəza keçirdi - FOTO/VİDEO

Türkiyəli müğənni ağır qəza keçirdi - FOTO/VİDEO

Hazırda oxunan: Türkiyəli müğənni ağır qəza keçirdi - FOTO/VİDEO

150263

Konsert üçün Antalyaya gedən Türkiyənin məşhur müğənnisi Tan Taşçı və onunla birlikdə olan iki nəfər yol qəzası keçirib.  

Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, Antalya-Burdur avtomobil yolunun sənaye bölgəsində TIR-ı arxadan vuran müğənninin avtomobili yanğınsöndürənlərin köməkliyi ilə xilas edilib.  

Xəstəxanaya aparılan sənətçi və dostlarının həyati təhlükəsinin olmadığı öyrənilib. 

Qəza zamanı müğənni Tan Taşçı və meneceri Ecmal Kayahan və Mehmet Emre yaralanıb.

Qəzanı görənlər əraziyə polis, təcili tibbi yardım və xilasetmə qruplarını çağırıblar.  

Müğənninin mətbuat katibi “Tanın səhhəti yaxşıdır, menecerinin başında cüzi zədə var” açıqlamasını verib. 

 






Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO