Lalə Dadaşova:

Lalə Dadaşova: "Ərim Elçin üzünə pudra sürtüb məni güldürürdü” - VİDEO

Hazırda oxunan: Lalə Dadaşova: "Ərim Elçin üzünə pudra sürtüb məni güldürürdü” - VİDEO

150233

“Rəfiqələrim bizə qonaq gələndə deyirdilər ki, həyat yoldaşın Elçin tamamilə fərqli bir insandır. Səhnəyə çıxır, hərəkət etmir, sadəcə ciddi vəziyyət alır, mahnısını ifa edir. Mən də cavab verirdim ki, siz onu evdə görsəniz necə “meymunluq” edir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Lalə Dadaşova qonaq olduğu “AStar” verilişinə müsahibəsində deyib. 

Sənətçi bildirib ki, həyat yoldaşı mərhum Elçin Cəlilov evdə onun geyimlərini geyinərək, mahnılarını oxuyub, zarafatlar edirdi: 

“Elçin başqa otağa keçib, mənim paltarımı geyinib, apelsinləri bədəninə qoyub, üzünü-gözünü bəzəyib, “kraska-pudra” sürtüb, başını da güllərlə bəzədilən saç yığanımı taxıb qapını açıb girirdi içəri. İnanın ki, elə gözəl qrim edirdi ki, onu heç tanımaq olmurdu (gülür). Bizi o qədər güldürürdü ki...”.

Həyat yoldanışın pis vərdişlərə qurşandığını söyləyən L.Dadaşova vurğulayıb ki, E.Cəlilov ev şəraitində üç dəfə müalicə olsa da, yenə də bu alüdəçiliyindən vaz keçməyib: 

“Elçin narkotika qurşanandan sonra onun qarşısına seçim qoydum: “Ya mən, ailən və ya narkotik”. İkisindən birini seçməli idi. Mənə söz verdi ki, evdə narkotikdən müalicə olunacaq. Məşhur olduğundan onu xəstəxanaya yatızdıra bilməzdik.

Çünki insanlar bilsə, bütün Azərbaycanda biabır olacağdıq. Elçin evdə müalicə olunurdu. Üç dəfə müalicə olunandan sonra narkotiki yenə də tərgitmədi. Bunu biləndə ondan ayrıldım”. 

Qeyd edək ki, 2005-ci il mayın 10-da səhər vaxtı Elçin Cəlilov mənzilində ölü tapılmışdı. 37 yaşında vəfat edən müğənninin ölümünə səbəb kimi narkotikdən istifadə etməsi göstərilmişdi. Xanəndə Mehdiabad qəbiristanlığında dəfn olunub.  
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO