Müğənni Zenfira İbrahimova gözəlləşmək üçün növbəti dəfə biçaq altına uzanıb.
Bizim.Media xəbər verir ki, yerli klinikaların birində plastik əməliyyat olunan sənətçi bununla bağlı sosial şəbəkə hesabında videoaçıqlama paylaşıb.
Zenfira bildirib ki, doqquz gün əvvəl göz nahiyyəsində “blefaroplastika” əməliyyatı keçirib. İbrahimova əməliyyatdan razı qaldığını və bir neçə aydan sonra göz ətrafındakı göyərmələr və şişkinlik yatandan sonra daha gözəl nəticə əldə edəcəyini vurğulayıb.
Qeyd edək ki, Z.İbrahimova bir neçə il əvvəl burnunda “rinoplastika” əməliyyatını etdirmişdi.
Rəşad Əliyev, Bizim.Media