Hiss ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Röya Məmmədli 8 aydan sonra yeni layihəsini təqdim edib.
Bizim.Media xəbər verir ki, ifaçı musiqisi və sözləri YAP10-a (Zamiq Əliyev), aranjimanı isə Nihad Məlikova məxsus olan "Mənə pis olma" adlı yeni mahnısını ekranlaşdırıb.
Çəkilişləri Türkiyənin Antalya şəhərində baş tutan klipin rejissorluğu İsmayıl Eren Yalçına həvalə olunub.
Ekran işində Hiss bir-birindən fərqli obrazlar yaradıb.
Müğənni bu nəğməsini "Yayın son hiti" adlandırıb.
Klip Hissin rəsmi "Youtube" kanalında, mahnı isə bütün rəqəmsal musiqi platformalarında yer alıb.
Rəşad Əliyev, Bizim.Media