İbrahimdən Aydana: “Əbədi sevgimsən” - FOTO

İbrahimdən Aydana: “Əbədi sevgimsən” - FOTO

Hazırda oxunan: İbrahimdən Aydana: “Əbədi sevgimsən” - FOTO

149802

Məşhur aktyor cütlüyü İbrahim Çingiz və Aydan Axundzadə ailə həyatları ilə bağlı diqqət çəkən paylaşım ediblər. 

Bizim.Media xəbər verir ki, aşiqlər sosial şəbəkə hesablarında evliliklərinin ikinci ildönümünü yazaraq, bir-birini təbrik ediblər. 

Aydan İbrahimlə olan fotosunu paylaşaraq “2 ili 52-yə çevirək, sonra yenidən doğulaq. Mübarəkdir, sevgilim!” şərhini yazıb. 

İbrahim Aydanla bəy və gəlinlikdə çəkilən şəklini yayımlayaraq “Sən əbədi sevgimsən! Toyumuzun ikinci ildönümü mübarək, evim” sözləri ilə xanımına qarşılıq verib.  

Qeyd edək ki, cütlüyün Mehriban adlı bir qız övladı var. İbrahim Əməkdar artisti Çingiz Əhmədov və vəkil Mehriban Əhmədovanın övladıdır. O, Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyorudur. 




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO