Xəbər verdiyimiz kimi, ötən gün Ələt-Astara magistral yolunun rayonun Yenikənd kənd ərazisindən keçən hissəsində baş verən ağır avtomobil qəzasında şairə və qiraətçi Çığatel İsaqızının 10 yaşlı nəvəsi dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, sənətçi ilə aralarında soyuq küləklər əsən Nazilə Səfərli qarşı tərəfə sosial şəbəkə hesabı vasitəsi ilə başsağlığı verib.
MÖVZU İLƏ BAĞLI:
Nəvəsi qəzada həlak olan Cığatel danışdı: "Oğlum da əməliyyat olunacaq”
“Cığatelin 10 yaşlı oğul nəvəsi həlak olub. Oğlu Ayazın isə ayaqları sınıb. Zəng etdim, səsinə dayana bilmədim. Cığatelə çox ağır itki oldu. Allah rəhmət eləsin. Allah səbr versin”, - deyə Nazilə yazıb.
Rəşad Əliyev, Bizim.Media