Zamiqin anası erməni olan rus həmkarı ilə görüşü TƏNQİD EDİLDİ - FOTO

Zamiqin anası erməni olan rus həmkarı ilə görüşü TƏNQİD EDİLDİ - FOTO

Hazırda oxunan: Zamiqin anası erməni olan rus həmkarı ilə görüşü TƏNQİD EDİLDİ - FOTO

149109

Müğənni Zamiq Hüseynov Rusiyada həmkarı Aleksey Çumakovla bir araya gəlib. 

Bizim.Media xəbər verir ki, ikilinin görüşü açıq havada, məkanların birində baş tutub. 

Hüseynovun Çumakovla çəkdirib, sosial şəbəkə hesabında “Qeyri-adi gün” başlığı ilə paylaşdığı foto “burnundan gəlib”. 

Belə ki, izləyicilərin əksəriyyəti Aleksey Çumakovun anasının erməni əsilli olduğunu yazaraq Zamiqin tənqid ediblər.  

Qeyd edək ki, Səmərkənddə dünyaya gələn A.Çumakovun anası - Liliya Avanesovna (2011-ci ildə əməliyyat zamanı yoluxduğu hepatitdən dünyasını dəyişib) əslən Qarabağdan olan ermənidir. O, uzun illər fizioterapevt kimi çalışıb. Atası isə bolqardır, əslən Qabrovodan olan, ixtisasca qrafik dizayner olan Georgi Georgieviç Çumakov Səmərqənddəki Müqəddəs Aleksis Moskva kilsəsinin baş bərpaçısı işləyib.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO