Uzun fasilədən sonra Alla Puqaçova üzə çıxdı - FOTO/VİDEO

Uzun fasilədən sonra Alla Puqaçova üzə çıxdı - FOTO/VİDEO

Hazırda oxunan: Uzun fasilədən sonra Alla Puqaçova üzə çıxdı - FOTO/VİDEO

148788

Rusiyanın Xalq artisti Alla Puqaçova uzun fasilədən sonra üzə çıxıb. 

Bizim.Media xəbər verir ki, 74 yaşlı sənətkar əri, yumor ustadı Maksim Qalkin ilə yenidən Yurmalada Layma Vaikulenin “Rendezvous” festivalını ziyarət edib. 

Puqaçova fotoqrafların qarşısına parlaq çəhrayı pencəkdə çıxıb. Müğənni həmçinin dar, cins şalvar, qara “top”, çəhrayı idman ayaqqabısı və şəffaf krujevalı əlcəklər geyinib. 

Sosial şəbəkə əhli müğənninin geyimindən çox, saç düzümünə və üzünə diqqət yetiriblər. Saçlarını başının arxasına at quyruğu şəklində toplayan Alla uzun müddət sonra ilk dəfə alnını açıb.

Üzündə isə estrada ulduzunun bir qırış belə aşkar edilməyib. İzləyicilərin fikrində ulduz plastik əməliyyatdan sonra “yeni üzünü” nümayiş etdirmək qərarına gəlib. Lakin bunlar sadəcə təxminlərdir. 

Tamaşaçılar Alla ilə Maksimi görər-görməz gurultulu alqışlarla qarşılayıb. Hətta çoxları yerlərindən belə qalxaraq, onların görüntülərini çəkməyə başlayıb.  

Qeyd edək ki, Alla Puqaçova əri Maksim Qalkin və uşaqları ilə birlikdə Ukraynada “Xüsusi Hərbi Əməliyyat”lar başlayandan qısa müddət sonra Rusiyanı tərk edib. Ailə hazırda İsraildə yaşayır. Maksim müntəzəm olaraq səhnədə və sosial şəbəkələrdə Rusiya hakimiyyətinin hərəkətlərinə qarşı çıxışlar edir. 

Rusiya Ədliyyə Nazirliyi onu xarici agent kimi tanıdıqdan sonra Puqaçova ərini açıq şəkildə dəstəkləyib. Müğənninin ölkədən getməsi ictimai rezonansa səbəb olub. 

Bir çox pərəstişkarları və həmkarları Puqaçovanın siyasi mövqeyini və Rusiyanı tərk etmək qərarını pisləyiblər. Amma çoxları nə olursa olsun, Puqaçovanı və onun mövqeyini dəstəkləyib.
 










Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO