Nazilə Səfərli: \

Nazilə Səfərli: \"Ana övladlarını atalarına qarşı düşmən böyüdür\" - VİDEO

Hazırda oxunan: Nazilə Səfərli: \"Ana övladlarını atalarına qarşı düşmən böyüdür\" - VİDEO

148674

"Ailə özlüyündə böyük bir hakimiyyətdir. Burada hər kəsin vəzifəsi, sevgisi və öz yeri var. Həddi-buluğa çatmamış və ya yeniyetmə övladları olan ailələrdə özəlliklə diqqət olunacaq məqamlar var. Ər və arvad, bir-birinizə qısqanclıq nümayiş etdirərkən nəzərə alın ki, oğlan uşaqları analarına çox bağlı olur".

Bizim.Media xəbər verir ki, bu sözləri şairə və qiraətçi Nazilə Səfərli sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib. 

Bir çox ailədaxili problemlərdən söz açan sənətçi bildirib ki, çox zaman analar övladlarını atalarına qarşı düşmən böyüdür:

"Oğlan uşaqları atasının anasını incitməsini həzm edə bilmir. Ailə başçısı evdə olmayanda ana övladına həyat yoldaşının ona xəyanət etdiyini, incitdiyini, döydüyünü bildirir. Yeniyetmə oğlanların əksəriyyətində atalarına qarşı aqressiya oyanır. Analar övladlarını atalarına qarşı düşmən kimi böyüdürlər. Sabah ailə dağılsa, oğul atasına yaxın getmək istəmir.

Bu düşmənçiliyin toxumunu ana əkir. Çox görürük ki, atalar övladları tərəfindən öldürülür. Bütün hallarda zərbə anaya dəyir. Gənc övladlarınızı atasına qarşı yetişdirməyin, sonra da həbsxana qarşısında qalmayın. Övladlarınızın azadlığı bir az da sizin əlinizdə olsun".
Qeyd edək ki, fevralın 13-də Nazilə Səfərli ilk dəfə nənə olub. Sənətçinin oğlu Nurlan və gəlini Nuranə cütlüyünün oğlan övladı dünyaya gəlib. Nazilənin daha bir subay oğlu var.
 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO