Xalq artisti Aygün Kazımova yeni fotosessiyası ilə gündəmə səs salıb.
Bizim.Media xəbər verir ki, sənətçi retro imicdə ağ avtomobil önündə obyektiv qarşısına keçib.
Pop ulduzun fərqli və dəbdəbəli tərzi üzərində dünyaca məşhur dizayner Rüfət İsmayıl çalışıb. Aygün sözügedən şəkillərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Kazımovanın fotosessiyada yaratdığı bu dəfəki qlamur obrazını isə sosial şəbəkə əhli dünya şöhrətli italyan kinosunun əfsanəvi ulduzu Sofi Lorenə bənzədiblər.
Rəşad Əliyev, Bizim.Media