İki gün öncə Azərbaycana səyahət edən Bollivud ulduzu, aktrisa, rəqqasə, teleaparıcı Malayka Arora Bakıdan maraqlı paylaşımlar edib.
Bizim.Media xəbər verir ki, hindistanlı ulduz Bakıya dostları ilə birgə uçub.
Onun üçün turizm şirkətləri tərəfindən böyük səyahət proqramı tərtib edilib. Şirvanşahlar Sarayını, İçərişəhəri, Atəşgahı məbədini və “Yanar dağ”ı ziyarət edən Malayka Azərbaycan mətbəxinin təamlarının, o cümlədən şah plovun, sac, xəngəlin dadına baxıb, armudu stəkanda çay içib.
Qeyd edək ki, Bollivud ulduzu Malaykanın 18 milyona yaxın abunəçisi olduğu sosial şəbəkədəki səhifəsində Azərbaycanın paytaxtında keçirdiyi bütün macəralardan ətraflı danışıb.
İzləyicilərinə Bakı haqqında danışan Arora burdakı ab-havadan o qədər heyranlıqla bəhs edib ki, hətta izləyicilərinə çantalarını tez yığmağı, dostlarını da özləri ilə götürərək Azərbaycana uçmağı tövsiyə edib.
Surxay Atakişiyev, Bizim.Media