Xatirənin çimərlik geyimindəki FOTOLARI başına bəla oldu

Xatirənin çimərlik geyimindəki FOTOLARI başına bəla oldu

Hazırda oxunan: Xatirənin çimərlik geyimindəki FOTOLARI başına bəla oldu

147741

Türkiyədə istirahətə yollanan müğənni Xatirə İslamın yeni fotoları başına bəla olub.  

Bizim.Media xəbər verir ki, Belekdə tətilin dadını çıxaran sənətçi qara rəngli çimərlik geyimində çəkdiyi fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

Lakin Xatirənin paylaşdığı şəkillər sosial şəbəkə izləyiciləri tərəfindən xoş qarşılanmayıb. Onlar müğənnin çimərlik geyimində fotolarını sərt şəkildə tənqid ediblər.  

““Arıqlayan kimi lütlənirlər. İndi bunun nə mənası var. Dincəlirsən özün üçün dincəl. Belə etməklə nə olur? Heç kimə sənin bu cür şəkillərin lazım deyil”, “Xatirə sən axı niyə belə edirsən? Sən muğam ifaçısan. Milli mentalitetimizi qoruyub, saxla. Sevilirsən... Niyə görə lütlənib şəkil çəkməyə ehtiyac duyursan?”” kimi şərhlər yazıblar.  

Hətta Xatirənin izləyicilərindən biri ifaçıya həyat yoldaşı Fəxrəddin Musayevdən boşandığı ilə bağlı sual da ünvanlayıb.  
X.İslam isə çox sayda neqativ dolu şərhləri cavabsız qoyub.  

Qeyd edək ki, Xatirə və Fəxrəddin cütlüyünün Emil adında bir oğlan övladı var.  








Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO