Zenfira: “20 ildir ki, ailəm üçün çalışıram” - FOTO  

Zenfira: “20 ildir ki, ailəm üçün çalışıram” - FOTO  

Hazırda oxunan: Zenfira: “20 ildir ki, ailəm üçün çalışıram” - FOTO  

147666

Müğənni Zenfira İbrahimova yeni paylaşımı ilə diqqətləri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, sənətçi həyat yoldaşı, fitness məşqçi Anar Heydərov və övladları ilə birliklə çəkilən fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

İbrahimova hər zaman olduğu kimi bu paylaşımında da qızının üzünü gizlədib.

Zenfira yayımladığı şəkilə “Bu dünyada hər kəs öz ailəsi, öz balası üçün çalışır, biz də artıq 20 ildir ki, bunun üçün çalışırıq və davam da edirik. Allah bütün ailələri xoşbəxt etsin, həmişə sevin, sevilin” şərhini yazıb. 
Qeyd edək ki, Zenfira İbrahimova və Anar Heydərov cütlüyünün bir qız və bir oğlan övladı var. 




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO