Xalq artisti Eminin coşqulu və əsrarəngiz Bakı KONSERTİ - FOTO/VİDEO 

Xalq artisti Eminin coşqulu və əsrarəngiz Bakı KONSERTİ - FOTO/VİDEO 

Hazırda oxunan: Xalq artisti Eminin coşqulu və əsrarəngiz Bakı KONSERTİ - FOTO/VİDEO 

147545

Xalq artisti Emin Ağalarovun "Sea Breeze" ailəvi-istirahət mərkəzində canlı solo konserti baş tutub.  

Bizim.Media xəbər verir ki, sənətçi ilk dəfə konsertini öz mahnısı ilə deyil sevdiyi əfsanəvi amerikalı müğənni, "rok-n-roll"un atası Elvis Preslinin repertuarındaki "İt's now or never" (Ya indi, ya heç vaxt) hiti ilə açıb.  

Ağalarov canlı ansamblının müşayiəti ilə hitlərini və sevilən nəğmələrini arda-arda düzüb. Səhnədən tamaşaçılarını salamlayan Emin onlarla hər zaman olduğu kimi səmimi ünsiyyət qurub. 

2006-ci ildə bəstələdiyi "Still" (Hələ) adlı mahnısı ilə musiqi dünyasına damğa vuran Emin sözügedən nəğməni ifa etməzdən əvvəl bunları söyləyib:

"Musiqi karyerama 2006-cı ildə yazdığım "Still" mahnısı ilə başlamışam. Bu nəğmənin repertuarımda xüsusi yeri var. Bu mahnı hər zaman bizimlə olduğu üçün onu bu gecə oxumasam olmaz".  

Emin həmçinin bildirib ki, indiyə qədər dünya üzrə 600-ə yaxın canlı solo konsert proqramı ilə çıxış edib, onların 50-si isə paytaxt Bakıda olub. Ağalarov vurğulayıb ki, tamaşaçılarla bərabər bu axşam onu seyr etməyə anası, bacısı, həyat yoldaşı və dörd övladı gəlib.  

Sənətçi onları səhnədən salamlayıb və hit ifalarını səsləndirməkdə davam edib. Elvis Preslinin özünə və sənətinə 12 yaşından bəri pərəstiş etdiyini vurğulayan Emin gecə boyunca əfsanəvi ulduzun repertuarından daha bir neçə mahnı oxuyub.  
Musiqili gecənin davamında Emin səhnəyə Bakıda tanış olduğu və 10 ildir ki, yaxından dostluq etdiyi əfsanəvi britaniyalı müğənni Engelbert Humperdinki dəvət edib.  

Ağalarov bildirib ki, Engelbert dünya şöhrətli Elvis Preslinin yaxın dostlarından biri olub. Bundan sonra Humperdink tamaşaçıları salamlayaraq, Preslinin bir neçə hit nəğməsini səsləndirib. Tamaşaçıların tərəfindən isə Engelbertin ifaları coşqu və alqışla qarşılanıb.  

Emin vurğulayıb ki, E.Humperdink bu günki çıxışına görə, heç bir qonorar almayıb. Buna görə də, müğənni əfsanəvi həmkarına təşəkkürünü bildirib.  

Konsert boyunca Emin Ağalarov əsrarəngiz və canlı ifaları və səhnə performansı ilə onu izləməyə gələn tamaşaçılara unudulmaz anlar və coşqu dolu dəqiqələr yaşadıb.  
 












Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO