Xalq artisti Emin və Engelbert Humperdink

Xalq artisti Emin və Engelbert Humperdink "Ulduzlar xiyabanı"nın açılışını etdilər - FOTO/VİDEO

Hazırda oxunan: Xalq artisti Emin və Engelbert Humperdink "Ulduzlar xiyabanı"nın açılışını etdilər - FOTO/VİDEO

147414

Dünya şöhrətli musiqiçi və estrada müğənnisi Engelbert Humperdink 11 ildən sonra Bakıya gəlib.  

Bizim.Media xəbər verir ki, əfsanəvi ulduz və Xalq artisti Emin Ağalarov “Sea Breeze” ailəvi-istirahət mərkəzində “Ulduzlar xiyabanı”nının açılışını ediblər.  

Ağalarov qırmızı xalıda Humperdinki, media nümayəndələrini və qonaqları salamlayaraq “Sea Breeze Walk of Famе” (Sea Breeze Şöhrət Xiyabanı) Azərbaycanda və bütün dünyada görkəmli və məşhur müğənnilərə, musiqiçilərə, aktyorlara və rəssamlara həsr olunmuş ilk abidə olacağı haqda geniş məlumat verib.  
Emin bildirib ki, sözügedən məkanda ulduzlara fərdi avtoqraflar təqdim ediləcək. "Sea Breeze Şöhrət Xiyabanı"nın ilk məşhuru isə əfsanəvi Engelbert Humperdink olduğunu dilə gətirib və onu bu münasibətlə təbrik edib.  

Daha sonra Emin Engelbertlə birgə qara mərmər daşı ilə yerə hörülən Humperdinkin ulduz formasında haşirəyə alınan imzasına göz gəzdiriblər və ətrafında fotolar çəkdiriblər.  

Açılış mərasimindən sonra Emin Ağalarov və Engelbert Humperdink jurnalistlərin suallarını cavablandırıblar.

2012-ci ildə Bakıda keçirilən "Avroviziya" beynəlxalq mahnı yarışmasında ölkəsi Böyük Britaniyanı təmsil edən və 11 ildən sonra Xalq artisti Emin Ağalarovun təşəbbüsü ilə yenidən paytaxtımıza təşrif buyuran Engelbert burada olmaqdan qürur duyduğunu bildirib: 

"Azərbaycan kimi məmləkətdə olmağımdan çox şad və bəxtiyaram. Bakını çox sevirəm. Burada özümü əla hiss edirəm. Əhvalım da yaxşıdır. Eminin ideyası olan "Ulduzlar xiyabanı"nda ilk mənim adımın həkk olunmasından isə qürur duyuram".  

Uzun illərdir əfsanəvi ulduz E. Humperdink ilə  dostluq etdiyini söyləyən E.Ağalarov sabah verəcəyi konsertdə 87 yaşlı həmkarı ilə bir səhnəni bölüşəcəyini və birgə duet oxuyacağını açıqlayıb:

"Engelbertdən xahiş etdim ki, yenidən Bakıya gəlib konsertimdə iştirak etsin və mənimlə eyni səhnədə mahnı ifa etsin. O da məmnuniyyətlə bu təklifimi qəbul etdi. Amma dedi ki, “mənə buna görə 1 dollar pul verməlisən”. Mən də həmin 1 dolları cibimdən çıxardıb üstünə imza çəkdim. Engelbertə dedim ki, bundan sonra bu dollarla siz "Sea Breeze" ailəvi-istirahət mərkəzinə sonsuz sayda gələ, burada təklif olunan bütün xidmətlərdən istifadə edə bilərsiniz".
 




















Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO