Aybəniz bacısı Şahnazın səhhətindən YAZDI - FOTO

Aybəniz bacısı Şahnazın səhhətindən YAZDI - FOTO

Hazırda oxunan: Aybəniz bacısı Şahnazın səhhətindən YAZDI - FOTO

147302

Xəbər verdiyimiz kimi, Xalq artisti Şahnaz Haşımova yüngül formada beyin-qan dövranının pozğunluğu diaqnozu ilə Abbas Səhhət adına Xəstəxananın Təcili Yardım Şöbəsinə yerləşdirildikdən sonra müalicəsini Gömrük Hospitalında davam etdirir. 

Bizim.Media xəbər verir ki, sənətkarın bacısı Əməkdar artist Aybəniz Haşımova Şahnaz xanımın səhhəti ilə bağlı sosial şəbəkə hesabında məlumat paylaşıb.

Aybəniz bildirib ki, Ş. Haşımova ötən günlərdən fərqli olaraq özünü daha yaxşı hiss edir: 

“Şahnaz xanım artıq özünü yaxşı hiss etməyə başlayıb. Ölkəmizin əvəzssiz kardioloqu, millət vəkili Rəşad Mahmudova təşəkkür edirəm”. 




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO