Xanəndə Pərviz Qasımov canlı efirdə əsəbiləşib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində proqrama səhhətində yaranmış problemə görə pənah gətirən yaşlı qadının hərəkətinə hiddətlənib.
Belə ki, sözügedən veriliş vasitəsi ilə sağlamlığına qovuşan yaşlı qadın təşəkkür bildirəndən sonra ayağa qalxıb və əlindəki mikrofunu “Düddəyini ala” deyərək, Pərvizin oturduğu divana atıb.
Qasımov proqramın aparıcısı Elgiz Əkbəri bu cür qadınları efirə çıxatmaqda tənqid edib:
“Nənəmizə can sağlığı arzu edirəm. Amma sizdən xahiş edirəm belə insanları efirlərə çıxartmayın. Ayıbdır! Bizə düşmənlərimiz baxır. Qadın ayağa durub deyir ki, “Düddəyini ala”. Belə söz demək olmaz. Televiziyada belə sözlər söyləmək olmaz. Televiziya kriteriyaları var. Bəzi şeylər var ki, olmaz. Mən bura sizinlə dalaşmağa gəlməmişəm. Mənim xoşuma gəlməyən o oldu ki, o mikrofonu yanımda əyləşən xanımın üstünə atdı. Onun bu hərəkəti pisimə gəldi. Mənim üçün qəbul edilməz şeydir”.
Elgiz isə aranı sakitləşdirmək üçün bu sözləri söyləyib:
“Burada ayıb bir şey yoxdur. Əksinə onun bu sözləri mənə “noğul” kimi gəldi. O qadın 29 yaşında dul qalıb. Namusu ilə iki övlad böyüdüb. Onun çox çətin həyatı olub”.
Ekspert qismində oturan xanımlardan biri isə yaşlı qadının tərəfini tutaraq “O qadının hər bir sözünü yumorla qəbul edirik. Bəlkə də bilmir ki, əlində tutduğunun adı mikrofondur. O yaşlı insandır” sözlərini dilə gətirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:12 / 19.07.2023
Yaşlı qadının hərəkəti Pərvizi ƏSƏBİLƏŞDİRDİ: “Belə insanları efirlərə çıxartmayın” - VİDEO
Hazırda oxunan: Yaşlı qadının hərəkəti Pərvizi ƏSƏBİLƏŞDİRDİ: “Belə insanları efirlərə çıxartmayın” - VİDEO
Hazırda oxunan: Yaşlı qadının hərəkəti Pərvizi ƏSƏBİLƏŞDİRDİ: “Belə insanları efirlərə çıxartmayın” - VİDEO
146978
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.