Könül Kərimova: “Bu il oğlumu zorla evləndirəcəyəm” - VİDEO

Könül Kərimova: “Bu il oğlumu zorla evləndirəcəyəm” - VİDEO

Hazırda oxunan: Könül Kərimova: “Bu il oğlumu zorla evləndirəcəyəm” - VİDEO

146953

“Əlim göydədir ki, oğlum Rəşad tez evlənsin. Kaş “doğurçu” sevgidən oxuyaydı. 31 yaşı var, amma hələ də evlənmək istəmir. Deyir, qismət. Onu bu il özüm zorla da olsa evləndirəcəyəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu “El canlı” axşam şousunda deyib. 

Verilişdə anası ilə birgə qonaq olan Rəşad bildirib ki, valideyni tez-tez ona evlənmək üçün qızların şəkillərini göndərir: 

“Anam qız axtarışındadır. Mənim isə bundan xəbərim yoxdur. İki gündən bir mənə qızların şəkillərini göndərir. Evlənmək üçün qız seçimində anam məndən betərdir. Hər qızı bəyənmir”. 

Qeyd edək ki, K.Kərimovanın oğlu Rəşaddan savayı Ləman adında qızı da var. Ləman 5 il əvvəl Orxan adlı şəxslə ailə qurub. 

Sənətçinin qızı evləndikdən sonra Ağcəbədiyə köçüb. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO