Elə bilirlər ki, Sevinc ailə qurmaq üçun pullu ağ atlı oğlan gözləyir - FOTO

Elə bilirlər ki, Sevinc ailə qurmaq üçun pullu ağ atlı oğlan gözləyir - FOTO

Hazırda oxunan: Elə bilirlər ki, Sevinc ailə qurmaq üçun pullu ağ atlı oğlan gözləyir - FOTO

146817

Müğənni Sevinc Musayeva nişanlanıb.  

Bizim.Media xəbər verir ki, iyulun 17-də yeni yaşına qədəm qoyan sənətçi münasibətini rəsmləşdirdiyini açıqlayıb. 

Məclisdən çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Musayeva nişanlısının üzünü gizlədib. 

Sevinc sevib seçdiyi bəylə molla kəbini kəsdirdiyini bildirib: 

“Ad günümdə “hə” dedim. Hər ikimiz müdrik yaşda və sadə olduğumuz üçün dəbdəbəli, görüntülü məclisləri sevmirik. Sadəcə, valideynlərin icazəsi ilə oz aramızda bu xoş günümüzü qeyd edib, bir-birimizə halal olmaq üçün kəbin kəsdirdik. Nikah birdəfəlik toyda olacaq, inşallah.

Hər ikimizin atalarının ruhu şad oldu. “Hə” dediyim insanın kim olduğunu toyumuzda biləcəksiniz. Özünü zəmanə çirkinliklərindən, bataqlıqlarından qoruyan, ağıllı, zəhmətkeş, gözü və ürəyi tox, tərbiyəli, özünə hörmət edən Azərbaycan xanımlarına və oğlanlarına bu gözəl münasibətdən, təmiz niyyətdən, qarşılıqlı sevgidən qismət olsun. 
Çoxları elə bilirdi ki, Sevinc Musayeva ailə qurmaq üçun pullu, yaraşıqlı, maşınları, villaları olan, ana-ata hesabına yaşayan ağ atlı oğlan gözləyir. Bilmirdilər ki, Sevincin dəyər verdiyi məqamlar başqadır”. 








Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO