Nüşabə qızını qızıl və dollarlara SARIDI – VİDEO 

Nüşabə qızını qızıl və dollarlara SARIDI – VİDEO 

Hazırda oxunan: Nüşabə qızını qızıl və dollarlara SARIDI – VİDEO 

146636

Xəbər verdiyimiz kimi, müğənni Nüşabə Musayevanın qızı Elnarənin Türkiyə vətəndaşı Oğuzhan Kaya adlı bəylə Türkiyənin Mersin şəhərində toyu olub. 

Bizim.Media xəbər verir ki, məclis zamanı sənətçinin qızına verdiyi onlarla qızıl, boynuna sarıdığı 100 dollarlıq əskinaslar və barmağına taxdığı brilliant üzüklər görənlərin marağına səbəb olub. 

Həmin anları sosial şəbəkə hesabında paylaşan Nüşabəyə izləyicilər “Bir çox atalı qızlardan artıq qız köçürdünüz” kimi xoş şərhlər yazıblar. 

Qeyd edək ki, bir neçə həftə əvvəl N.Musayeva qızına Bakıda möhtəşəm toy edib. Elnarə və Oğuzhan cütlüyünün toyunda Xalq artisti Aygün Kazımovanın çıxışı isə ən çox müzakirə olunan məqamlardan olub. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO