Burak Özçivitin altı aylıq oğlu ilk dəfə GÖRÜNTÜLƏNDİ - FOTO

Burak Özçivitin altı aylıq oğlu ilk dəfə GÖRÜNTÜLƏNDİ - FOTO

Hazırda oxunan: Burak Özçivitin altı aylıq oğlu ilk dəfə GÖRÜNTÜLƏNDİ - FOTO

146181

Türkiyənin məşhur aktyor cütlüyü Burak Özçivit və Fahriye Evcen uşaqları ilə Bodrumda qayıqla tətilə çıxıblar. 

Bizim.Media xəbər verir ki, Özçivit ailəsi Kisebüküdə lövbər saldıqları lüks qayıqda dincələrkən paparazzilərin obyektivinə tuş gəlib. 

Aşiqlərin altı aylıq körpələri Kərəm də ilk dəfə kameralara yaxalanıb. Özçivit səhər yeməyindən əvvəl kiçik oğlu Kərəmlə oynayıb. Altı aylıq Kərəmin qardaşı Karana bənzəməsi də diqqətdən yayınmayıb. 
Bir qrup dostla səhər yeməyi yeyən ailədən dənizə ilk girən Fahriye Evcen olub. 37 yaşlı iki uşaq anası olan aktrisa ideal bədən quruluşu ilə göz oxşayıb. 

Həyat yoldaşından sonra qayığın arxasından özünü sərin sulara buraxan Burakın artıq çəki aldığı fotolara yansıyıb.  

Qeyd edək ki, 2017-ci ildə ailə quran, 2019-cu ildə oğulları Karanı qucağına alan Fahriye Evcen və Burak Özçivit yanvarın 18-də ikinci dəfə valideyn olmaq xoşbəxtliyini yaşayıblar. 








Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO