Cavanşirin “kürəkəni”ndən ilginc İDDİA: “Qızı ilə iki dəfə imam nikahı kəsdirmişəm” – VİDEO 

Cavanşirin “kürəkəni”ndən ilginc İDDİA: “Qızı ilə iki dəfə imam nikahı kəsdirmişəm” – VİDEO 

Hazırda oxunan: Cavanşirin “kürəkəni”ndən ilginc İDDİA: “Qızı ilə iki dəfə imam nikahı kəsdirmişəm” – VİDEO 

146042

Xəbər verdiyimiz kimi, "Təsir dairəsi” ictimai-sosial verilişində Əməkdar artist Cavanşir Məmmədov və qızı Xatirənin sevgilisi olduğunu iddia edən Türkiyə vətəndaşı Kemal Mustafa arasındakı qalmaqal səngimək bilmir. 

Bizim.Media xəbər verir ki, Mustafa proqramın sonlarına yaxın müğənninin qızı Xatirə xanım ilə imam nikahının olmasını iddia edib. 

“Cavanşir bəy, qızın Xatirə ilə imam nikahı kəsdirdiyimi bilirsən? Özü də iki dəfə bu nikahı kəsdirmişəm. Özünüz də məhkəmədə söylədiniz mənə. Xatirədə də bunların səs yazıları var. Məhkəmədə də bunu söylədilər”, - deyə Mustafa bildirib. 

C.Məmmədov isə Mustafanın bu iddialarına cavab olaraq “Varsa çıxar ortaya” sözlərini dilə gətirib. Mustafa isə sözügedən imam nikahının sənədlərinin üzə çıxaracağını vurğulayıb.

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. O iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb.
M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib. O isə verilişə gələrək "dələduz" kəlməsinin üstündən götürülməsini istəyib. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO