“Mən bahalı aktrisayam”.
Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Nərgiz Əliyeva qonaq olduğu “Səhərin səsi” verilişində deyib.
Nərgiz bildirib ki, filmlərə çəkilmək üçün yüksək qonorar tələb edir:
“Təki filmə və serial çəkilim deyənə çəkilən aktrisalardan deyiləm. “Bahalı aktrisa” deyimini izahı budur ki, məsələn hansısa filmə çəkilmək üçün təklif gəlir, deyirlər ki, 30 gün içində 15 gün çəkilişin olacaq. Və bu 15 gün çəkilişə isə sənə 3000 manat pul təklif edirlər. Amma mən o 15 günə qat-qat artıq qonorar alıram”.
Qeyd edək ki, Nərgiz Əliyevanın Jasmin adında bir qızı var. Aktrisalıq fəaliyyətindən başqa Nərgiz həmçinin iş xanımıdır. Onun qızının adını daşıyan şəxsi atelye butiki var.
Rəşad Əliyev, Bizim.Media